SON XƏBƏRLƏR

Koronavirus həbsxanalarda; Güney azərbaycanlı fəal Cəfər Rüstəmirad məzuniyyətə buraxılıb

2021.10.20, 07:36
Koronavirus həbsxanalarda; Güney azərbaycanlı fəal  Cəfər Rüstəmirad məzuniyyətə buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad aprelin 2-də Tehranın Evin həbsxanasından məzuniyyətə buraxılıb.

 

O mülki vəsiqə girov qoyduqdan sonra müvəqqəti olaraq evə buraxılıb.

 

Azərbaycanlı fəal 2019-cu il oktyabrın 25-dən Evin həbsxanasının 8-ci korpusunda həbs edilib.

 

Cəfər Rüstəmirad 2018-ci ilin iyul ayında Babək qalası mərasimində iştirak etməsi ehtimal olunduğu üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın hökmü Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

Fəal həbsxanaya müraciət etdikdən sonra bundan əvvəl çıxarılan 7 aylıq həbs qərarı da icraya qoyulub. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının görüşü zamanı stadionda saxlanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib.

 

Koronavirus infeksiyasının həbsxanalarda yayılması səbəbindən Azərbaycan Əhalisi və İnsan Hüquqları Qurumları İran rejimini məhbusları müvəqqəti sərbəst buraxmağa çağırıb. Buna baxmayaraq rejim hələ də Evin və Rəcayişəhr həbsxanaları, eləcədə Təbriz, Urmiya, Ərdəbil və Zəncan zindanlarında saxlanılan Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Tövhid Əmir Əmini, Kazım Səfabəxş, Əmir Səttari, Məhəmməd Əbdülməhəmmədzadə və digər azərbaycanlı fəalları məzuniyyətə buraxmaqdan imtina edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar