SON XƏBƏRLƏR

Koronavirus qurbanları gecə ilə dəfn edilir, Astara valisi iki nəfərin ölümünü təsdiqlədi -VIDEO

2021.10.20, 07:36
Koronavirus qurbanları gecə ilə dəfn edilir, Astara valisi iki nəfərin ölümünü təsdiqlədi -VIDEO

Gunaz.tv

GünAz TV: Sosial şəbəkələrdə Güney Azərbaycanın Astara şəhərində  koronavirusdan ölənlərin gecə ilə dəfn edildiyini göstərən videolar yayımlanıb. Videoların yayılmasından sonra Astara valisi xəstəlikdən iki nəfərin dünyasını dəyişdiyini etiraf edib.

 

Rəsmilərin xəstəliyin geniş yayılması ilə bağlı həqiqətləri gizlətdiyi ortaya çıxdıqdan sonra Astara valisi 75 nəfərin koronavirusa yoluxduğu şübhəsi ilə bu şəhərin “Beheşti” xəstəxanasında müalicə aldığını açıqlamağa məcbur olub.

 

Həsən Rüstəmzadın sözlərinə görə, xəstəxanaya müraciət edənlərdən iki nəfər dünyasını dəyişib, 30 nəfər sağalıb, qalanlarının isə müalicəsi davam edir.

 

Rüstəmzad iddia edib ki “ölənlər təəssüf ki, vəziyyətlərinin ağırlaşdığından sonra xəstəxanaya müraciət etmişdilər və səhiyyə nazirliyinin göstərişinə əsasən təcili olaraq, yaxınlarının və digər vətəndaşların sağlamlığını təmin etmək üçün xüsusi nəzarətdə dəfn edilməli idilər”.

 

 

İran rəsmilərinin koronavirusun qurbanları ilə bağlı həqiqətləri gizlətməsi və yalan açıqlamaları, vətəndaşlar arasında ciddi narahatlıqlara səbəb olub. Bu qeyr-şəffaflıq və gizlilik eyni halda bu təhlükəli xəstəliyin müxtəlif şəhərlərdə, o cümlədən Güney Azərbaycan şəhərlərində daha geniş yayılmasına səbəb olub.   

 

Xatırladaq ki, Astara Güney Azərbaynın tarixi şəhərlərindəndir. Firudin İbrahimi, Behzad Behzadi, Seyidağa Onullahi kimi tanınmış şəxsiyyətlər bu türk şəhərində dünyaya göz açıblar. İran rejimi Güney Azərbaycanın Xəzər dənizi ilə əlaqəsini kəsmək üçün bu şəhəri Ərdəbil əyalətindən ayıraraq Gilan əyaləti tərkibinə daxil edib.

 

Astara əhalisinin böyük əksəriyyəti şəhərin yenidən Güney Azərbaycanın Ərdəbil əyalətinə qaytarılmasını istəyirlər. Astara deputatı Vəli Dadaşinin keçirdiyi sorğuda iştirak edən əhalinin 68 faizi şəhərin Ərdəbil əyalətinə birləşdirilməsinin tərəfdarı olduğunu deyiblər.

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar