SON XƏBƏRLƏR

Koronavirus səbəbindən İranda seçkilərdə barmaq izinin skan edilməsi istəyə görə həyata keçirilir

2021.10.20, 07:36
Koronavirus səbəbindən İranda seçkilərdə barmaq izinin skan edilməsi istəyə görə həyata keçirilir

Gunaz.tv

GünAz TV: İranda koronavirusun yayılmasının rəsmən elan edilməsinə görə yaşanan təlatüm səbəbindən ölkənin Mərkəzi Seçki Komitəsi bəzi əyalətlərdə barmaq izinin skan edilməsə tətbiq edilən zərurətin aradan qaldırıldığını bəyan edib.

 

Mərkəzi Seçki Komitəsinin rəhbəri Camal Orf bildirib ki, Səhiyyə Nazirliyi və Konstitusiyaya Nəzarət Şurası ilə birgə gəldiyimiz qərara əsasən, barmaqlara mürəkkəb vurulmalıdır. Lakin insanlar barmaq izinin skan edilib-edilməməsində azad seçimə sahibdirlər.

 

Digər tərəfdən, ötən gün İranın Daxili İşlər naziri Ədbülrza Rəhmani Fəzlinin Səhiyyə naziri Səid Nəməkiyə göndərdiyi məktubda qeyd edilirdi ki, əksər müşahidəçilər koronavirusa yoluxma qorxusuna görə bu işdən imtina edirlər. O, Nəməkidən seçkilər bitənə qədər virusa yoluxma və digər bu kimi hallarla bağlı məlumatları gizlətməyi və xalqa elan etməməyi istəmişdi.

 

Qeyd etmək lazımdır ki, seçkilərdən əvvəl əhalinin böyük hissəsi seçkiləri boykot etdiyini bəyan etmişdi. Eləcə də, İran daxilində və xaricində yaşayan siyasi fəallar seçkilərin heç nəyi dəyişməyəcəyini, rejimin bununla yalnız məşruiyyətini bərpa etməyə çalışdığını deyərək, xalqı səs verməkdən imtina etməyə çağırmışdılar.

 

Fevral ayının əvvəllərində Tehranda keçirilmiş sorğunun nəticələri isə göstərmişdi ki, şəhər əhalisinin təqribən 75%-i seçkilərdə iştirak etməyəcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, rejim seçkilərdən iki gün öncə koronavirusa yoluxma və ölüm halları ilə bağlı xəbər yaymaqla, seçkilərdə insanların az iştirakını öz legitimliyini itirməsinə bəhanə olaraq xəstəliklə bağlayacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar