Koronavirus təhlükəsinə baxmayaraq Məhərrəm mərasimlərinə start verilib + VODEO

2020-08-23 15:15

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasına yoluxanların sayının artmasına baxmayaraq İran rəsmilərinin israrı ilə Məhərrəm mərasimləri başlayıb. Rəsmilərin iddiasının tərsinə keçirilən mərasimlərdə koronavirusun yayılmasının qarşısını almaq üçün heç bir tədbir görülməyib.

Gunaz.tv Quote | Gunaz article

Keçən ay bir sıra iranlı həkim və tibb işçisi şiə mollalara açıq məktub ünvanlayaraq Məhərrəm ayında yas mərasimlərinin keçirilməsinin yüzlərlə insanın ölümü ilə nəticələnəcəyi barədə xəbərdarlıq etmişdilər. Səhiyyə xidməti əməkdaşları bu məktubda mərasimin keçirilməməsini istəmişdilər.

 

Lakin bütün xəbərdarlıqlara baxmayaraq, İran hökumətinin təşəbbüsü və təşviqi ilə Məhərrəmlik yas mərasimləri müxtəlif şəhərlərdə başlayıb. Yayılan videolarda İran rəsmilərinin iddiasının əksinə keçirilən mərasimlərdə sosial məsafə və digər tibbi qaydalara riayət olunmadığı göstərilir. Bu prosesin davam etməsi Azərbaycanda böyük insani faciə ilə nəticələnə bilər.

 

 

Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sominin dediyinə əsasən, əyalətdə virusa yoluxanların sayı 26 min 500 nəfərə çatıb.

Somi həmçinin COVID-19 virusunun qurbanlarının sayının 1200 nəfəri ötdüyünü bildirib.

 

Onun sözlərinə görə, hazırda koronavirusa yoluxan 80 nəfərin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır.

 

Son 24 saatda 8 nəfərin koronavirusdan öldüyünü deyən Somi ən çox yoluxma hallarının Əhər vilayətində müşahidə olduğunu qeyd edib.

 

Somi həmçinin Şərqi Azərbaycan əyalətində “Covid-19” pandemiyasına qarşı mübarizə aparan 2000 tibb işçisinin koronavirusa yoluxduğunu bildirib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12