SON XƏBƏRLƏR

Koronavirusa görə restoranların 80 faizi bağlanıb – Təbrizdə

2021.10.20, 07:36
Koronavirusa görə restoranların 80 faizi bağlanıb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Koronavirusun geniş yayılması Güney Azərbaycan şəhərlərində həyatı təxminən iflic vəziyyətə salıb.

 

Son məlumata görə, Şərqi Azərbaycan əyalətinin mərkəzi şəhəri olan Təbrizdə yeməkxana və restoranların 80 faizi bağlı vəziyyətdədir.

 

Bu barədə Təbriz Restoranlar Dərnəyinin rəisi Vəhid Rəşidtağıpur martın 3-da jurnalistlərin qarşısında çıxış edib.

 

“Dərnəyimiz digər müəssisələr kimi yas və toy mərasimi keçirilən restoranların müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Bəzi restoranlar fəaliyyət göstərsə də, onlar davamlı olaraq virusa qarşı dizinfeksiya edilir. Kimyəvi dizinfeksiya vasitələri Restoranlar Dərnəyi tərəfindən alınaraq yeməkxana və restoranlara təhvil verilir.

Hal-hazırda şəhərdə 1500 yeməkxana, restoran və mərasim evləri fəaliyyət göstərir.”- deyə o bildirib.

 

Ekspertlərin fikirinə görə, İranda koronavirusa yoluxanların sayı rəsmi rəqəmlərdən qat-qat çoxdur. Lakin rejim bu barədə doğru məlumat vermir. Təhlükəli virus daşıyıcılarının sayını gizlətmək ölkədə yaranan təhlükəli vəziyyəti daha da dərinləşdirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar