Koronavirusla bağlı Culfaya giriş-çıxış yollarının bağlanmasını istəyən soydaşlarımız saxlanılıb

12.03.2020, 12:11

GünAz TV: Koronavirus epidemiyası ilə bağlı Culfaya giriş-çıxış yollarının bağlanmasını istəyən soydaşlarımız İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Saxlanılanlar arasında güney azərbaycanlı milli-mədəni fəallar da var.

 

Məlumata görə, çərşənbə axşamı günü milli fəallar daxil olmaqla bir qrup culfalı soydaşımız koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə şəhərin giriş yolunda toplaşıb, onlar Culfa şəhərinin giriş-çıxış yollarının bağlanmasını tələb ediblər. Şəhər əhalisi rəsmi orqanların epidemiya ilə bağlı heç bir tədbir almadığından şikayətlənir. Bu səbəbdən bir qrup soydaşımız virusun yayılmasına qarşı önləyici tədbir almaq məqsədi ilə bir araya gəlib.

 

Məlumata görə, təhlükəsizlik qüvvələri Şəhər İcra Hakimiyyəti və Şəhər Prokurorluğu ilə koordinasiya edilmiş bir şəkildə etirazçıları hücuma məruz qoyub, onlardan bir çoxunu, o cümlədən Səid Sultani, Əmir Sabiri, Əli Zeynalzadə, Yasir Purnəcəf, Ümid Sadiqi və Bəhmən Şenavəri yaxalayıb.

 

Saxlanılan soydaşlarımız polis bölməsinə aparılıb. Onlara qarşı təhqiramiz və kobud davranıldığı bildirilir.

 

Etirazçılar bir gün polis bölməsində saxlandıqdan sonra çərşənbə günü prokurorluğa (dadsəra) aparılıb. Culfa Prokurorluğu iş üzrə icraatın təxirə salınması barədə qərar qəbul edib. Onlar 10 milyon tümənlik vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“İranda səfalətin əsas səbəbi sanksiyalar deyil, yanlış siyasətdir”- Əhməd Obalı Amerikanın CBS televiziyasına  müsahibə verib

2022-05-22

gun az article

Güney Azərbaycanda şovinist fars hakimiyyətinə qarşı "May qiyamı"dan 16 il ötür

2022-05-22

gun az article

İranda təqaüdçülərin həftəlik etiraz aksiyası keçirilir

2022-05-22

gun az article

Təbriz bazarı ərazisində tarixi yerin aşkarlanmasına baxmayaraq tikinti əməliyyatı dayandırılmır-VİDEO

2022-05-22

gun az article

Ruzbeh Piriyə magistr imtahanlarına qatılmağa icazə verilmədi

2022-05-21

gun az article

Əhərdə tətil aksiyası keçirilib

2022-05-21

gun az article

"Traxtur" azarkeşlərini təhqir edən "Persepolis" futbolçuları məhkəməyə verilib

2022-05-21

gun az article

Vali Tehran komandasının hərəkətlərini qeyri-etik adlandırıb

2022-05-21

gun az article

İran milli komandasının türk idmançısı İngiltərəyə sığınır

2022-05-21

gun az article

İran parlamentinin üzvü türkləri təhqir etdi

2022-05-21

gun az article

Günaz.TV-də müzakirə: “Traxtur”un oyununda nələr baş verdi” və “Güney Azərbaycan azadlıq hərəkatının tələbləri”-VİDEO

2022-05-21

gun az article

“Mis-i Süngün” taekvando komandası Premyer Liqanın qalibi olub

2022-05-21

gun az article

Tanınmış hüquq müdafiəçisi İrana qarşı daha sərt tədbirlər görməyə çağırıb

2022-05-21

gun az article

Güney Azərbaycan təşkilatları 22 may hadisələrinin 16-cı ildönümü ilə bağlı bəyanat yayıb

2022-05-20

gun az article

Əyyub və Davud Şiri qardaşları ETTELAAT-ın təcridxanasında saxlanılırlar

2022-05-20

gun az article

Təbriz stadionunda Azərbaycan bayrağı qaldırılıb-VİDEO

2022-05-20

gun az article

"Süngün mis mədəninin gəlirləri talanır"- Millət vəkili

2022-05-20

gun az article

"Traxtur" futbol klubu son qarşılaşma ilə bağlı bəyanat yayıb

2022-05-20

gun az article

İbrahim Rəisi Qərbi Azərbaycan əyalətinə səfər edib

2022-05-20

gun az article

"Əhmədrza Cəlali girov götürülüb"- Beynəlxalq Əfv Təşkilatı güneyli alimlə bağlı bəyanat yaydı

2022-05-20