SON XƏBƏRLƏR

Kosovoda Osmanlı sultanını qətlə yetirmiş serbin soyadını daşıyan qəsəbənin adı dəyişdirilib

2021.10.20, 07:36
Kosovoda Osmanlı sultanını qətlə yetirmiş serbin soyadını daşıyan qəsəbənin adı dəyişdirilib

Gunaz.tv
Kosovoda Osmanlı sultanını qətlə yetirmiş serbin soyadını daşıyan qəsəbənin adı dəyişdirilib Priştina. Kərim Həsənli – APA. Kosovo rəhbərliyi Türkiyəyə münasibətdə xoş niyyət əlaməti göstərib. APA-nın xəbərinə görə, Kosovonun paytaxtı Priştina yaxınlığındakı Obiliç qəsəbəsinin adı dəyişdirilib. Qəsəbə 1389-cu ildə baş verən Kosovo müharibəsindən sonra döyüş meydanını gəzən Osmanlı sultanı Muradı qətlə yetirən serb hökmdarının kürəkəni Miloş Obiliçin xatirəsinin əbədiləşdirilməsi üçün Serbiya hökuməti tərəfindən həmin ərazidə salınmışdı. Obiliç bələdiyyəsinin sədri Rəcəb Kelani qəsəbənin yerləşdiyi ərazinin 1912-ci ilə qədər Topxana adlandırıldığını, bundan sonra isə Kastriot adı daşıyacağını bəyan edib. Obiliç qəsəbəsinin adı yerli bələdiyyə tərəfindən 2002-ci ildə dəyişdirilsə də, BMT nümayəndəliyinin etirazları üzündən bu qərarı yalnız cari ildə icra etmək mümkün olub. 2006-cı ildən etibarən Türkiyənin Bursa vilayətinin Osmanqazi bələdiyyəsinin dəstəyi ilə Sultan Muradın qəsəbədəki türbəsi ətrafında onun xatirəsinə həsr olunmuş mərasimlər təşkil olunmaqdadır. Builki tədbirlərdə Bolqarıstan, Makedoniya və Bosniyadan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar