SON XƏBƏRLƏR

Kosovoya münasibət İKT-ni böldü. Ankara Bakının mövqeyini dəyişməyə cəhd edir

2021.10.20, 07:36
Kosovoya münasibət İKT-ni böldü. Ankara Bakının mövqeyini dəyişməyə cəhd edir

Gunaz.tv
Kosovoya münasibət İKT-ni böldü Ankara Bakının mövqeyini dəyişməyə cəhd edir İslam Konfransı Təşkilatı (İKT) xarici işlər nazirlərinin Uqandada keçirilən 35-ci toplantısında Kosovo məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. APA-nın məlumatına görə, Azərbaycan, Misir, İndoneziya və Əlcəzair Kosovonun müstəqil dövlət kimi tanınmasının əleyhinə çıxıblar. Bakı öz mövqeyini Dağlıq Qarabağın işğal olunması və ermənilərin orada referendum keçirərək Azərbaycanın bu bölgəsini müstəqil dövlət elan etməsi ilə əsaslandırır. Misir isə Rusiya və Serbiya ilə ikitərəfli münasibətlərinin pozulmasından ehtiyatlanaraq Kosovonu tanımaqdan imtina edir. Türkiyə mənbələri Ankaranın Azərbaycan və Misirin mövqeyini dəyişmək üçün cəhd göstərdiyini xəbər verirlər. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar