SON XƏBƏRLƏR

Kral Salman ərəb ölkələri başçılarını körfəzdə baş verən son hücumlarla bağlı fövqəladə toplantıya dəvət edib

2021.10.20, 07:36
Kral Salman ərəb ölkələri başçılarını körfəzdə baş verən son hücumlarla bağlı fövqəladə toplantıya dəvət edib

Gunaz.tv

GünazTV: Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud, mayın 19-da ərəb ölkələri başçılarına müraciət edərək, onları körfəzdə baş verən son hücumlarla bağlı yaxın günlərdə Məkkədə keçirilməsi nəzərdə tutulan fövqəladə toplantıya dəvət edib.

 

Kral Salman bildirib ki, mayın 30-da keçiriləcək fövqəladə toplantıya, Körfəz Əməkdaşlıq Şurasına və Ərəb Dövlətləri Liqasına üzv olan ölkə başçıları dəvət edilib. Bildirilir ki, fövqəladə toplantıda Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyrə limanında 4 ticari gəmiyə, eləcə də Ər-Riyadın yaxınlığında yerləşən Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı edilən son hücumlar müzakirə ediləcək.

 

Rəsmi Tehran, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və Norveçə məxsus 4 ticari gəmiyə hücumda əli olduğunu rədd etsə də, İranın dəstəklədiyi Yəmən husiləri bəyanat yayaraq, pilotsuz uçan qurğular vasitəsilə Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirilən hücumların məsuliyyətini rəsmən öz üzərlərinə götürüblər.

 

Həmçinin bundan əvvəl, Sədiyyə Ərəbistanının müdafiə nazirinin müavini şahzadə Xalid bin Salman mayın 16-da “Twitter” səhifəsində yazdığı bir statusda deyib ki, Tehranın müttəfiqi olan yaraqlı husilər, Ər-Riyad yaxınlığındakı “Aramco” neft təsisatlarına qarşı hücumları İran rejiminin göstərişi ilə həyata keçiriblər.

 

Bildirilir ki, hazırda Amerikadan, Fransadan, Norveçdən, Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından olan bir qrup ekspert hər iki hücumla bağlı birgə araşdırma işi aparır.

 

 

Xatırladaq ki, mayın 12-də Hörmüz boğazının 70 mil məsafəsində yerləşən Əl-Füceyrə limanı yaxınlığında lövbər salan Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə güclü partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu ziyan dəyib. Fuceyrə limanında neft daşıyan tankerlərə bombalı hücumun mənşəyi barədə dəqiq məlumatlar olmasa da, İranın və onun dəstlədiyi muzdlu silahlı qruplaşmaların bu partlayışlarda əli olduğu təxmin edilir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar