SON XƏBƏRLƏR

Kral Salman: “İranın əməlləri regionun və dünyanın təhlükəsizliyinə ciddi xələl gətirib”

2021.10.20, 07:36
Kral Salman: “İranın əməlləri regionun və dünyanın təhlükəsizliyinə ciddi xələl gətirib”

Gunaz.tv

GünazTV: Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud, mayın 30-da Məkkədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar açılış toplantısında çıxış edərək, İranın nüvə və ballistik raket proqramından və region ölkələrinə qarşı təhdidindən danışıb.

 

O bildirib ki, İran bölgədə dəniz nəqliyyatını təhlükəyə salaraq, beynəlxalq müqavilələri açıq-aşkar pozur və Ər-Riyad Tehranın təxribat xarakterli addımlarının qarşısını almaq üçün digər ölkələrlə əməkdaşlığını gücləndirəcək: “İran rejimi digər ölkələrin daxili işlərinə qarışır, özünün nüvə proqramını genişləndirir, sərbəst dəniz nəqliyyatını təhlükəyə salır. İran hakimiyyəti 40 ildir ki, bölgədə dağıdıcı fəaliyyətini davam etdirir və İrnın təxribat xarakterli addımarının qarşısının alınması üçün kəskin bir mövqenin tutulmaması, bu gün məntəqədə şahidi olduğumuz ağır vəziyyətə gətirib çıxarıb.

 

Bir sözlə, İranın əməlləri regionun və dünyanın təhlükəsizliyinə ciddi xələl gətirərək, onu təhlükə ilə üz-üzə qoyub. Bütün bunlara baxmayaraq, Səudiyyə Ərəbistanı bölgədə sabitliyin qorunub saxlanılmasının, savaş təhlükəsini regindan uzaqlaşdırmağın tərəfdarıdır və həmin səbəbə görə də, sülh naminə həmişə hamıya əlini uzadıb.

 

Hesab edirəm ki, dünya birliyi bütün imkanlardan istifadə edərək, İranın digər ölkələrinin daxili işlərinə müdaxiləsinin, həmin ölkələri regional və beynəlxalq terrorçular göndərməsinin və beynəlxalq sularda ticari gəmilərin sərbəst hərəkətinə qarşı təhdidinin qarşısını almalıdır” –deyə kral Salman əlavə edib.

 

Xatırladaq ki, mayın 12-də Hörmüz boğazının 70 mil məsafəsində yerləşən Əl-Füceyrə limanı yaxınlığında Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə güclü partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu ziyan dəyib. Bombalı hücumların mənşəyi barədə dəqiq məlumatlar olmasa da, İranın və onun dəstlədiyi muzdlu yaraqlı dəstə və  qruplaşmaların bu partlayışlarda əli olduğu təxmin edilir.

 

 

Mayın 14-ü, sübh saatlarında isə Səudiyyə Ərəbistanının Əd-Dəvadmi və Əfif əyalətlərində “Aramco” şirkətinə məxsus iki neft pompaj stansiyası, İranın dəstəklədiyi husilərin raket hücumlarına məruz qalıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar