SON XƏBƏRLƏR

Ukrayna Baş Qərargahı: “Son sutkada 12 “Şahed” PUA-sı məhv edilib”

2022.10.19, 05:55
Ukrayna Baş Qərargahı: “Son sutkada 12 “Şahed” PUA-sı məhv edilib”

Gunaz.tv

Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

Məlumata görə, 10-dan çox yaşayış məntəqəsi, o cümlədən paytaxt Kiyev, Jitomir, Xarkov, Dnepr, Krivoy Roq, Zaporojye və Donetks əraziləri hücuma məruz qalıb:

“Bunun üçün düşmən qanadlı və zenit raketlərdən istifadə edib. Qarşı tərəf müvəqqəti işğal olunmuş ərazilərdə Ukraynanın mədəni irsini məhv edir, muzeyleri talan edir, Ukrayna dilində nəşr olunmuş dərslikləri yandırır”.

Həmçinin qeyd olunub ki, silah və hərbi texnikanın cəmləşdiyi 16 ərazi vurulub: “Bundan əlavə, hava hücumundan müdafiə bölmələri 5 qanadlı raket və bir "Su-25" təyyarəsini məhv edib”. (Report.az)

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar