SON XƏBƏRLƏR

Ukrayna prezidenti: Rusiya İrana iki min pilotsuz təyyarə sifariş edib

2022.10.25, 02:50
Ukrayna prezidenti: Rusiya İrana iki min pilotsuz təyyarə sifariş edib

Gunaz.tv

İsrailin “Haaretz” qəzetinin təşkil etdiyi konfransda çıxış edən Volodimir Zelenski deyib ki, Ukraynanın əldə etdiyi məlumata görə, Rusiya İrana iki minə yaxın “Şəhid” pilotsuz təyyarəsi sifariş edib.

Ukrayna prezidentinin verdiyi məlumatdan Rusiyanın İrandan pilotsuz təyyarələrin alınması ilə bağlı əvvəlki sifarişlərinin cəmi olub-olmadığı və ya Moskva ilə Tehran arasında yeni hərbi sazişləri nəzərdə tutulduğu məlum deyil.

“İran pilotsuz təyyarələrinin mənfur səsi hər gecə ölkəmizin səmasında eşidilir”-Zelenski əlavə edib.

Rusiya son dövrlərdə İranın pilotsuz təyyarələri ilə Ukrayna infrastrukturuna hücum edib və Ukraynanın qərb əyalətləri də daxil olmaqla, onlarla mülki vətəndaşı qətlə yetirib.

“Görünür, Rusiya İrandan aldığı dronlar qarşılığında İranın nüvə proqramının inkişafına kömək edir”-Ukrayna prezidenti bildirib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar