Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Raketlərin biri Kremençuk şəhərində yerləşən ticarət mərkəzinə düşüb. Hücum vaxtı ticarət mərkəzində çoxlu sayda insan olub.
Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko teleqram kanalında bildirib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində azı 20 nəfər yaralanıb, iki nəfər isə həlak olub.
Hazırda ərazidə xilasetmə işləri aparılır. (modern.az)
Ayxan