SON XƏBƏRLƏR

Ukraynada Rusiyanın 4 generalı, 21 polkovniki öldürülüb

2022.06.24, 18:07
Ukraynada Rusiyanın 4 generalı, 21 polkovniki öldürülüb

Gunaz.tv

Bu barədə BBC özəl mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, indiyədək müharibədə həlak olan zabitlərin azı 4 nəfəri general, 21-i isə polkovnikdir. Məlumata əsasən, müharibədə ölən 4010 hərbçinin adı müəyyən edilib. Lakin itkilərin tam siyahısı yoxdur. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər açıqladığı rəsmi statistikaya əsasən, Rusiyanın itkiləri aşağıdakı kimidir:

34.530 nəfər hərbçi;
1507 ədəd tank;
3637 ədəd zirehli döyüş maşını;
759 ədəd artilleriya sistemi;
241 ədəd reaktiv yaylım atəşi sistemi;
99 ədəd hava hücumundan müdafiə sistemi;
216 ədəd təyyarə;
183 ədəd helikopter;
622 ədəd pilotsuz uçuş aparatı;
137 ədəd qanadlı raket;
14 ədəd gəmi/qayıq;
2553 ədəd avtomobil avadanlığı və yük maşını;
60 ədəd xüsusi texnika.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar