SON XƏBƏRLƏR

Ukraynanın BMT-dəki nümayəndəsi İranın Rusiyaya pilotsuz təyyarələrinin satışı ilə bağlı xəbərdarlıq edib

2022.08.25, 10:00
Ukraynanın BMT-dəki nümayəndəsi İranın Rusiyaya pilotsuz təyyarələrinin satışı ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

O, Rusiyanın təcavüzkar hərəkətlərinə hər cüeə dəstəyin istənilən ölkənin milli maraqlarına zərər verəcəyini deyib.

Avqustun 24-də "Washington Post" qəzeti Qərb kəşfiyyat mənbələrinə istinadən yazıb ki, Rusiya Ukrayna müharibəsində İran pilotsuz təyyarələrindən istifadə etməyə başlayıb.

Bu rəsmilər xəbərdarlıq ediblər ki, Hindistanın Rusiyaya silah satmaqdan imtina etdiyini nəzərə alsaq, İran və Rusiya arasında əməkdaşlıq təkcə taktiki xarakter daşımır və İran Rusiya silahlarının tədarükü üçün zəruri kanala çevrilə bilər.

Onların dediyinə görə, Rusiyanın altı aydır Ukraynada müharibə məqsədlərinə çatmadığı bir vəziyyətdə İranın pilotsuz təyyarələrinin verilməsi müharibənin inkişafında həlledici rol oynaya bilər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar