SON XƏBƏRLƏR

Kreml azğınlaşır . Rusiya Abxaziyaya 400 xüsusi təyinatlı göndərdi

2021.10.20, 07:36
Kreml azğınlaşır . Rusiya Abxaziyaya 400 xüsusi təyinatlı göndərdi

Gunaz.tv
Kreml azğınlaşır Rusiya Abxaziyaya 400 xüsusi təyinatlı göndərdi Azər Rusiya dünən Abxaziyaya əlavə olaraq 400 xüsusi təyinatlı göndərib. Bu barədə mətbuata Rusiya Hava Desant Qüvvələrinin (HDQ) baş qərargahından məlumat veriblər. Rus hərbçiləri Abxaziyaya ştatda olan silahlarıyla gəliblər. Onların silah arsenalına 30 döyüş maşını, artilleriya və hava hücumundan müdafiə, həmçinin zenit qurğuları da daxildir. Rusiya HDQ baş qərargahının rəisi bildirib ki, döyüşçülər Abxaziya çimərliklərində istirahət etməyə gəlməyiblər: "Onların qarşısına gürcü hərbçilərinin istənilən addımına qarşı sərt reaksiya verilməsi başlıca məqsəd kimi qoyulub. Əgər Gürcüstan Abxaziyadakı rus sülhməramlılarına və vətəndaşlarına qarşı güc tətbiq etmək niyyətinə düşərsə, adekvat və şiddətli cavab alacaq". Rusiya Müdafiə Nazirliyinin informasiya və ictimai əlaqələr baş idarəsindən verilən məlumatda isə Abxaziyaya əlavə qüvvələrin sülhməramlıların təhlükəsizliyinin təmin olunması üçün göndərildiyi bildirilir: "Komandanlığın qərarına uyğun olaraq mayın 5-də daha iki desant alayı sülhməramlı missiya üçün Abxaziyaya göndərilib". Xatırladaq ki, yaxın günlərədək Abxaziya ərazisində MDB-nin "sülhün təmin olunması üçün kollektiv qüvvələri"nin tərkibində 2 min hərbçi xidmət keçirdi. Əslində isə Abxaziyada "sülhməramlı" mandatı ilə işğalçılıq missiyasını yerinə yetirən Rusiya silahlılarının sayı dəfələrlə çoxdur və onlar bu ərazilərdə tamamilə qanunsuz fəaliyyət göstərirlər. Rusiya tərəfi iddia edir ki, "sülhməramlıların" sayının artırılmasıyla bağlı qərar MDB müdafiə nazirləri başçılarının şurasında qəbul olunub. Ancaq Gürcüstanın bu qurumun üzvü olmadığını üçün bu qərarın heç bir hüquqi əsası yoxdur. Rəsmi Tiflis isə öz növbəsində etiraz bəyanatıyla çıxış edib: "Gürcüstan xarici işlər nazirliyi Rusiyadan ən qısa zaman kəsiyində Abxaziya münaqişəsi bölgəsindəki əlavə qüvvələrin yerləşmə xəritəsini, o cümlədən şəxsi heyətin dəqiq sayı, hərbi tenikanın növü barədə məlumatları tələb edir". Sənəddə qeyd olunur ki, Gürcüstan hökumətinin qəti etirazına baxmayaraq, Rusiya tamamilə qanunsuz olaraq münaqişə bölgəsindəki hərbçilərinin və döyüş texnikasının sayını artırmaqda davam edir. Gürcüstanın dövlət naziri Temur Yakobaşvili isə Brüsselə səfəri zamanı bildirib ki, onun ölkəsi Rusiya ilə müharibəyə çox yaxındır: "Biz müharibənin qarşısını almalıyıq". Jurnalistlərin vəziyyətin müharibəyə nə dərəcədə yaxın olduğu barəsində sualı cavablandıran nazir "Çox yaxınıq" sözlərini dilə gətirib: "Çünki rusları yaxşı tanıyırıq. Biz Rusiya qoşunlarının yanlış informasiya əsasında ərazilərimizə daxil olduğunu görürük". Yakobaşvili deyib ki, Gürcüstan Avropa Birliyini regionda gərginliyi azaltmaq üçün daha artıq səylər göstərməyə çağırır: "Biz müqavimət göstərdik, göstəririk və göstərəcəyik". xalq cəbhəsi qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar