SON XƏBƏRLƏR

Kreml özünü təcrid edir_Medvedyev: "Bizə tərəfdaşlıq illüziyası gərək deyil"

2021.10.20, 07:36
Kreml özünü təcrid edir_Medvedyev: "Bizə tərəfdaşlıq illüziyası gərək deyil"

Gunaz.tv
Kreml özünü təcrid edir Medvedyev: "Bizə tərəfdaşlıq illüziyası gərək deyil" "Rusiya NATO ilə bütün əlaqələri kəsməyə hazırdır. Belə əlaqələrdə bizdən daha çox Şimali Atlantika Alyansı maraqlıdır". Rusiya prezidenti Dmitri Medvedyev ölkənin NATO-dakı səfiri Dmitri Roqozinlə Kremldəki görüşündə bildirib ki, əgər NATO Moskva ilə əməkdaşlıq ideyalarını bölüşmək istəmirsə, Kreml üçün qorxulu heç nə baş verməyəcək: "Bizə tərəfdaşlıq illüziyası gərək deyil. Ölkəmizi bazalarla mühasirəyə alanda təbii ki, baş verənlər xoşumuza gəlməyəcək". Rusiyanın baş naziri Vladimir Putin isə ölkənin Ymumdünya Ticarət Təşkilatına (YTT) üzv olmaq üçün apardığı danışıqlar zamanı imzalanın bir sıra anlaşmaların həyata keçirilməsinin dondurulmasını məqbul sayıb. "Təşkilata üzv olmaq üçün danışıqları davam etdirəcəyik. Lakin maraqlarımızın ziddinə olan bəzi anlaşma və sazişləri tərk etmək fikrimiz var", - Putin deyib. Baş nazirin birinci müavini İqor Şuvalov hesab edir ki, qarşıdan gələn bir il ərzində Rusiyanın YTT-yə üzv olmaq şansı yoxdur: "Amma hər şeyə rəğmən, danışıqları davam etdiririk".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar