Krımda yeni tatar məktəbi açılacaq

2008-06-03 21:24

Krımda yeni tatar məktəbi açılacaq Kiyev. Kərim Həsənli – APA. Ukrayna Təhsil Nazirliyi Krım Muxtar Respublikasında yeni Krım-tatar məktəbinin açılması barədə qərar qəbul edib. APA-nın məlumatına görə, yeni məktəb 2009-2010-cu tədris ilindən fəaliyyət gös

Gunaz.tv Quote | Gunaz article

Krımda yeni tatar məktəbi açılacaq Kiyev. Kərim Həsənli – APA. Ukrayna Təhsil Nazirliyi Krım Muxtar Respublikasında yeni Krım-tatar məktəbinin açılması barədə qərar qəbul edib. APA-nın məlumatına görə, yeni məktəb 2009-2010-cu tədris ilindən fəaliyyət göstərəcək. Ukraynanın Millətlər və Dinlər üzrə Dövlət Komitəsinin sədr müavini Viktor Pobedonostsev Simferopolda “Deportasiya olunmuş vətəndaşların Ukrayna cəmiyyətinə sosial-mədəni adaptasiyası və inteqrasiyası” mövzusunda keçirilən konfransda çıxışında bildirib ki, yeni tatar məktəbi muxtar respublikanın paytaxtında açılacaq və 920 uşaq üçün nəzərdə tutulacaq. Layihənin gerçəkləşdirilməsi üçün Ukrayna hökuməti 21,6 milyon qrivna vəsait ayırıb. Hazırda Krım MR-də 657 orta təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 14-ü Krım-tatar məktəbidir. apa -------------------------------------------------------------------- Azərbaycan Müdafiə Nazirliyi atəşkəs rejiminin intensiv pozulduğu ərazilərin adlarını açıqlayıb Azərbaycan, Bakı, 04 iyun/ Trend News , müxbir E.Babayev / Azərbaycan Müdafiə Nazirliyi ötən ay Ermənistan Silahlı Qüvvələri tərəfindən ən çox atəşkəs rejiminin pozulduğu ərazilərin adlarını açıqlayıb. «Atəşkəs rejimi əsasən Ağdam, Xocavənd, Füzuli, Tərtər, Gədəbəy və Tovuz istiqamətlərində intensiv şəkildə pozulur. Goranboy, Qazax, Cəbrayıl, Göy-Göl rayonları ərazisində isə nisbətən az pozuntu halları var», çərşənbə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu jurnalistlərə açıqlamasında bildirib. Trend News-un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir. Sabiroğlu qeyd edib ki, ilin əvvəlindən indiyə qədər ATƏT tərəfindən 9 monitorinq keçirilib. İyunun 3-də keçirilməsi nəzərdə tutulan monitorinqin baş tutmamasına gəldikdə isə, Sabiroğlu bildirib ki, Azərbaycan tərəfi Qazax rayonunun Məzəmli kəndində keçirilməsi planlaşdırılan monitorinqin təxirə salınmasının səbəbləri barədə geniş məlumata malik deyil. «Anjey Kasprşikin səhra köməkçiləri Qazax rayonunun İcra Hakimiyyətində brifinq keçiriblər. Onlara təmas xəttində baş verən hadisələr ətraflı çatdırılıb. Ancaq səhra köməkçiləri brifinq keçirməklə kifayətləniblər və təmas xəttinə getməmək barədə qərar veriblər», - deyə o vurğulayıb. Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/* */
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmunun millət vəkili ictimai nəqliyyat çatışmazlığını tənqid edib

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi Ərdəbil həbsxanasına geri dğnüb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15