SON XƏBƏRLƏR

Ekspert: "Fransa prezidentliyinə namizədin Qarabağa səfəri təxribatdır"

2021.12.23, 13:18
Ekspert: "Fransa prezidentliyinə namizədin Qarabağa səfəri təxribatdır"

Gunaz.tv

Bunu ekspert və politoloq Zaur Məmmədov bildirib.

“Təəssüf ki, Fransa siyasətçilər tərəfindən daha bir təxribat addımının şahidi olduq. Valeri Pekresin qarşıdakı prezident seçkisi ərəfəsində Fransanın müxtəlif bölgələrini dolaşaraq təbliğatla məşğul olmaq əvəzinə uzaq Ermənistana, daha sonra Xankəndiyə səfəri təəccüb doğurur. Mənə elə gəlir ki, seçki günü fransızlar ona bunu soruşacaqlar”, - ekspert deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan regionda nəqliyyat və rabitə layihələrinin icrasına tərəfdar çıxması ilə yanaşı, başçılıq etdiyi hökumət Qarabağda bu kimi açıq təxribatlara yol verir: "Əlbəttə, burada sülhməramlıların da xeyli məsuliyyət payı var.

Politoloq Rusiya sülhməramlılarının bu cür səfərləri Azərbaycan hökuməti ilə razılaşdırmalarının vacib olduğunu diqqətə çatdırıb: “Laçın dəhlizi həmin ərazilərə əcnəbilərin, həm də təxribatçıların gəlməsi üçün açılmayıb. Bu kimi səfərlər Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə mənfi təsir göstərir və Azərbaycan, Ermənistan, Rusiya arasındakı üçtərəıfli razılaşmanın şərtlərinə ziddir. 

Bu cür təxribatlara yol verənlər həm də yerli erməni əhalisinə böyük zərər yetirir ki, bu da dolayı yolla Ermənistan vətəndaşlarına təsirsiz ötüşməyəcək. İrəvanda başa düşməlidirlər ki, müəyyən qüvvələr onlardan öz məqsədləri üçün istifadə edirlər”. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar