SON XƏBƏRLƏR

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021.12.08, 22:09
Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

Gunaz.tv

Bunu Pakistanın Qlobal və Strateji Araşdırmaları Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm BMT Beynəlxalq Ədalət Məhkəməsinin qətnaməsini şərh edərkən bildirib.

Ekspert məhkəmənin Ermənistanı bu ölkə ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan etməklə bağlı təcili tədbirlər görməyə çağırdığını xatırladıb: “Beynəlxalq Məhkəmənin bu qətnaməsi Ermənistanı yanlış addımlarına görə məsuliyyətə cəlb edəcəyi üçün yüksək qiymətləndiriləcək. 

Həmin qərara əsasən Ermənistan bu cür qrupları və ya fərdləri ayırd etməkdə diqqətli olmalı, habelə Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır”.

Ekspert qeyd edib ki, Ermənistan daima terrorçuluq və zorakılığa dəstək verməklə regionda sabitliyə xələl gətirirsə, Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasına səy göstərir. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar