SON XƏBƏRLƏR

Ekspert: "Rusiya Ermənistanın təxribatlarına lazımınca cavab verməlidir"

2021.11.16, 14:38
Ekspert: "Rusiya Ermənistanın təxribatlarına lazımınca cavab verməlidir"

Gunaz.tv

Bunu Q.Plexanov adına Rusiya İqtisad Universitetinin professoru, ekspert Aleksandr Perenciyev bildirib.

“Ermənistan Rusiya sülhməramlılarını Azərbaycan hərbçilərilə qarşı-qarşıya gətirməyə çalışır.

Bu təxribat açıq-aşkar Rusiya sülhməramlılarına qarşı yönəlib” – deyən ekspert xatırladıb ki, Ermənistan tərəfi mütəmadi olaraq təxribatlar törədir: “Fikrimcə, bu məsələ ətraflı araşdırılmalıdır. Təxribatların qarşısını almaq üçün tədbir görülməlidir”.

Rusiyalı ekspert bildirib ki, Kreml də Azərbaycan – Ermənistan sərhədində mövcud vəziyyətə müvafiq şəkildə reaksiya verərək belə halların bir daha baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir: “Əminəm ki, bu cür hallar Qarabağdakı vəziyyətin sabitləşdirilməsini, dinc yolla həllini dayandırmayacaq”. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar