SON XƏBƏRLƏR

Ekspert: “Svop razılaşması Cənub Qaz Dəhlizi üçün əlavə qaz tədarükünün təminatına imkan verəcək”

2021.12.03, 13:42
Ekspert: “Svop razılaşması Cənub Qaz Dəhlizi üçün əlavə qaz tədarükünün təminatına imkan verəcək”

Gunaz.tv

Bunu “Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) nümayəndəsi, ekspert Culian Bouden bildirib.

“İllik 10 milyard kubmetr qaz ötürmək qabiliyyətinə malik boru xətti ilə birləşmə həm Azərbaycan, həm də Cənub Qaz Dəhlizi üçün əlavə dayanıqlı qaz tədarükünü təmin edəcək. Birbaşa əlaqənin olması Xəzərin Türkmənistan tərəfində metan itkisi problemini həll edə bilər”, - o deyib.

Onun sözlərinə görə, svop haqqında razılaşma Türkmənistan və Azərbaycan arasında Xəzər vasitəsilə birbaşa əlaqənin zərurətini azaltmır: "Bu razılaşma Türkmənistana qaz ixracını bir qədər artırmaq və Azərbaycana isə ehtiyac duyduğu qazın bir hissəsini əldə etmək imkanı verəcək. Enerji və qaz sahəsində regional əməkdaşlığı hər vasitə ilə alqışlamaq lazımdır”.

Xatırladaq ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan illik 1,5 - 2 milyard kubmetr qazın svop tədarükü barədə razılaşma imzalayıb.

Müddətsiz müqavilənin icrasına bu il dekabrın 22-də başlanılacaq. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar