SON XƏBƏRLƏR

Oktyabrın 20-də Tehran, Təbriz, Rəşt və başqa bir neçə şəhərdə etiraz aksiyaları davam edib

2022.10.21, 05:00
Oktyabrın 20-də Tehran, Təbriz, Rəşt və başqa bir neçə şəhərdə etiraz aksiyaları davam edib

Gunaz.tv

Oktyabrın 20-i gecə saatlarında Tehran, Təbriz, İsfahan, Rəşt, Soyuqbulaq (Mahabad) və başqa bir neçə şəhərdə İslam Respublikasına qarşı etiraz aksiyaları davam edib.

Təbrizin Əngəc məscidi ətrafında toplaşan nümayişçilər başqa şəhərlərdə olduğu kimi Əli Xameneyi əleyhinə şüarlar səsləndiriblər.

İsfahanın "Çahar bağ" bölgəsində nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurma olub və bir neçə etirazçı saxlanılıb.

Rəşt şəhərində baş tutan etiraz aksiyasında hökumət məmurlarının etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə etdiyi, qarşıdurma yarandığı və bir neçə nəfərin yaralandığı bildirilir.

Bununla yanaşı başqa bir neçə şəhərdə də nümayişlər keçirilib və onlarla insan həbs edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar