SON XƏBƏRLƏR

Hökumət məmurları Təbriz Universitetinə basqın edib-Öyrəncilərlə qarşıdurma yaşanıb

2022.10.31, 08:59
Hökumət məmurları Təbriz Universitetinə basqın edib-Öyrəncilərlə qarşıdurma yaşanıb

Gunaz.tv

Vətəndaşların kütləvi etiraz nümayişlərinə dəstək və həbs edilən öyrəncilərin azad edilməsi istəyi ilə aksiya keçirən Təbriz Universitetinin öyrənciləri hökumət əleyhinə şüarlar səsləndiriblər.

Öyrəncilərin Universitetdən çıxmalarına mane olmaq üçün cəlb edilən polis, SEPAH, Bəsic üzvləri və mülki geyimli təhlükəsizlik məmurları ilə öyrəncilər arasında qarşıdurma yaşanıb.

Təbriz Universitetinin öyrəncilərinin aksiyasının genişləndiyini və bir sıra müəllimlərin də onlara dəstək verdiyini görən məmurlar etirazçı gənclərə qarşı rezin dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər.

Bir neçə öyrəncinin xəsarət aldığı, bir neçəsinin isə tutulduğu bildirilən məlumatda. saxlanılanların kimliklərinin dəqiqləşdirilməsinə çalışıldığı qeyd edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar