Fəalın ata evinin qapısını sındıraraq mənzilə daxil olan məmurlar Şahin Bərzgər evdə olmadığı üçün onun ailə üzvləri Şəhab və Şadi Bərzgəri döyüb, onlara ağır bədən xəsarətləri yetiriblər.
Güneyli sosial media fəalları hücumu Urmu gölünün quruması ilə əlaqədar iyulun 16-a Güney Azərbaycan şəhərlərində etiraz aksiyasının keçirilməsi ilə əlaqələndirirlər.
Onların yazdığına görə, hökumət milli-mədəni fəallara təzyiq göstərməklə nəzərdə tutulan aksiyaya qoşulanların sayını azaltmağa, fəall insanları təcrid etməyə çalışır.
Şahin Bərzgər bundan əvvəl də azərbaycanlıların demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif basqılara məruz qalıb.
Cavidan