SON XƏBƏRLƏR

Hökumət qəzeti: "İnqilab əleyhinə xarici mediaya video göndərənlərə qarşı cinayət işi açılsın"

2022.10.12, 06:12
Hökumət qəzeti: "İnqilab əleyhinə xarici mediaya video göndərənlərə qarşı cinayət işi açılsın"

Gunaz.tv

Hökumət qəzeti xarici medianı əks-inqilabçı və İran düşməni kimi qələmə verib və yayımlanan videolar vasitəsilə vətəndaşları qıcıqlandıraraq kütləvi aksiyalara qoşulmağa çağırış etdiklərini yazıb.

"Qanuna görə əks-inqilabçı media ilə əməkdaşlıq və əlaqə qurmaq cinayət sayılır və adı çəkilən media orqanlarına foro, video göndərənlər bu vasitə ilə əks-inqilabçı qüvvələrlə əməkdaşlıqlarını sübut etdiklərinə görə onlara qarşı ciddi ölçü götürülməlidir",- deyə, "İran" qəzeti bildirib.

Qeyd edək ki, internet və sosial mediaya qoyulan məhdudiyyət və qadağalara baxmayaraq, İranda davam edən kütləvi etiraz nümayişləri, hökumət qüvvələrinin amansz davranışlarını əks etdirən görüntülərin geniş yayılması Tehran rejiminin qəzəbinə səbəb olub.

Bunun qarşısını almaq və baş verənlərin yayımlanmasına mane olmaq üçün son günlər İran rəsmiləri internet və sosial medianın ziyanları barədə danışmağa, məhdudiyyətlərin dahada çoxalması barədə fikirlər səsləndirməyə başlayıblar.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar