SON XƏBƏRLƏR

"İranın iqtisadi təməlləri dağılıb"-Tanınmış iqtisadçı

2022.04.13, 11:13
"İranın iqtisadi təməlləri dağılıb"-Tanınmış iqtisadçı

Gunaz.tv

O, İbrahim Rəisi hökumətinin hamı üçün sonuncu fürsət sayıldığını deyib.

“Dəfələrlə demişəm ki, İranda iqtisadiyyat ən siyasi məsələdir, ancaq indi demək lazımdır ki, iqtisadiyyat tale məsələsidir! İqtisadiyyatı yenidənqurmadan ölkə öz sabitliyini və əmin-amanlığını itirir, ancaq ölkənin siyasi və mədəni mütəxəssislərinə görə iqtisadiyyatın yenidən qurulması son dərəcə çətinləşib”-deyə, təhlilçi bildirib.

O, “Etimad” qəzetinə verdiyi müsahibədə hazırkı dövrdə durumun olduqca ağır olduğunu söyləyib və iş başında olan hökumətin hamı üçün, hətta İbrahim Rəisiyə müxalif olan hakimiyyətdaxili cərəyanlar üçündə sonuncu fürsət olduğunu iddia edib. 

“Təəssüf ki, İran iqtisadiyyatının təməlləri çox zəifləyib və bəzi sajələrdə tamamilə dağılıb. Bu məsələ ictimai mədəniyyətə də böyük təsir göstərmiş və siyasi dəstələr arasında yanlış istiqamətləndirici və qeyri-sağlam rəqabət predmetinə çevrilmişdir”-deyə, Zeydabadi qeyd edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar