SON XƏBƏRLƏR

İran hökuməti Asiya Voleybol Yarışlarının Urmuda keçirilməsinə imkan vermədi

2022.03.03, 10:30
İran hökuməti Asiya Voleybol Yarışlarının Urmuda keçirilməsinə imkan vermədi

Gunaz.tv

Bundan öncə Asiya Voleybol Konfederasiyası klublararası Asiya kubokuna Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində keçirilməsi barədə qərar vermişdi.

Qərbi Azərbaycan əyalətinin Gənclər və İdman İdarəsinin başçısı Kiyomərs İrandust mediaya verdiyi açıqlamada məsələni təsdiqləyib və buna görə təəssüfləndiyini deyib.

“Biz beynəlxalq yarışlara ev sahibliyi etməklə Urmunun idman tarixində daha bir beynəlxalq uğura əl atıb və bunu tarixdə səbt etmək əzmində idik.

Bunun üçün bütün incəlikləri düşünüb və hazırlıqları tamamlamışdıq. Ancaq nədənsə bu baş tutmadı”-deyə, Gənclər və İdman İdarəsinin başçısı bildirib.

Bununla yanaşı İranın İdman və Gənclər Nazirliyi başqa bir qərarla beynəlxalq yarışlara qatılmalı olan Urmu şəhərinin “Şəhrdari” voleybol klubunun iştirak icazəsini əğv edərək Azərbaycan klubu yerinə Tehranın “Peykan” voleybol klubunu irəliçəkiblər.

Bu. Urmu klubunun borclarının olduğu və onu ödəmə gücündə olmadığı ilə əlaqələndirilib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti, özəlliklə Urmu şəhəri idman sahəsində daha çox voleybol klubu ilə tanınır.

Urmunun voleybol klublarının oyunçuları İranın milli yığma komandasında olmaqla yanaşı dünyanın müxtəlif tanınmış klublarında da çıxış edirlər.

Bu günə kimi bütün beynəlxalq voleybol yarışlarında İranın əldə etdiyi medalların çoxunluğu Urmu şəhərinin “Şəhrdari” voleybol klubu, onun oyunçularının əməyi nəticəsində qazanılıb.

Ancaq son vaxtlar Azərbaycan klubunda baş verən dəyişikliklər və yaradılan problemlər Urmu klubunun, Təbrizin “Traxtur” futbol klubunun taleyini yaşayacağından xəbər verir.

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar