SON XƏBƏRLƏR

Kürd kanalları Urmiyada keçiriləcək parlament seçkiləri ilə bağlı geniş təbliğat aparır – VİDEO

2021.10.20, 07:36
Kürd kanalları Urmiyada keçiriləcək parlament seçkiləri ilə bağlı geniş təbliğat aparır – VİDEO

Gunaz.tv

GünAz TV: Kürd terror qruplaşmaları ilə yanaşı kürd dilində yayımlanan müxtəlif telekanallar da kürdləri Qərbi Azərbaycan şəhərlərində keçiriləcək parlament seçkilərində aktiv olmağa çağırır.

 

Radikal kürdlərin məqsədi parlamentə kürddilli millət vəkili göndərməklə Qərbi Azərbaycan şəhərlərini dünya ictimaiyyətinə Kürdistan kimi təqdim etməkdir.

 

Sözügedən telekanallar bu məqsədlə kürdləri Urmiya, Sulduz, Sayınqala və Tikantəpə kimi şəhərlərə axışaraq kürd namizədlərə səs verməyə çağırırlar.

 

https://www.youtube.com/watch?time_continue=10&v=PVRtrsGYXLE&feature=emb_logo

 

https://www.youtube.com/watch?time_continue=27&v=EiQfx64I5Os&feature=emb_logo

 

Bu arada güney azərbaycanlı milli-mədəni fəallar soydaşlarımızı sözügedən məntəqələrdə aktiv olmağa və türk namizədlərin xeyirinə səs verməyə çağırırlar.

 

Kürd namizədlər də öz çıxışlarında Qərbi Azərbaycanda məskunlaşan mühacir kürdlərə sətiraltı vədlər verir, kürdlərin bu bölgədə günü-gündən güclənəcəyinə söz verirlər.

 

https://www.youtube.com/watch?time_continue=20&v=_G1-IB5GLKM&feature=emb_logo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar