SON XƏBƏRLƏR

Kürd kəndində nəsli kəsilməkdə olan ayını öldürənlər həbs edildi

2021.10.20, 07:36
Kürd kəndində nəsli kəsilməkdə olan ayını öldürənlər həbs edildi

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanın Ətraf Mühit Mühafizəsi İdarəsinin rəisi Urmiya şəhərinin ətraf məntəqələrində yerləşən bir kürd kəndində nəsli kəsilməkdə olan ayını vəhşicəsinə öldürənlərin həbs edildiyini bildirib.

 

Mehran Nəzərinin sözlərinə görə, bu şəxslər dünən mart 28-də Qərbi Azərbaycan əyalətinin Ətraf Mühit Mühafizəsi idarəsi və hüquq-mühafizə qüvvələrinin birgə əməliyyatında saxlanılıblar.

 

O əlavə edib ki, heyvana işgəncə vermək qanunla qadağandır və həmin şəxslər kənd ətrafında ayını müşahidə etdikdən sonra  məsələni Ətraf Mühit Mühafizəsi İdarəsinin əməkdaşlarına bildirməli idilər.

 

Nəzərinin sözlərinə görə, qəhvəyi ayı nadir və nəsli kəsilmək təhlükəsində olan heyvan növlərindəndir.

 

 

 

Xatırladaq ki, sözügedən hadisə Urmiya ətrafında yerləşən “Məlunə” kəndində baş verib və bir qrup əhali heyvanı vəhşicəsinə öldürdükdən sonra cəsədini kənd ərazisində sürüyüblər.

 

Kürd cərəyanlarına bağlı kanallar videodakı səsləri silərək dilsiz heyvanı öldürənlərin kimliyini gizlətməyə çalışıblar. Lakin bəzi videolarda vəhşi əməli törədənlərin səsi eşidilir. 

 

Təəssüflər olsun ki, kürdlərlə bağlı ən kiçik məsələyə belə geniş yer verən bəzi kütləvi informasiya vasitələri, o cümlədən BBC, İran İnternational, Radio Farda, Deutsche Welle, Radio Zamaneh, IranWire, Tavana və s. bu xəbəri koordinasiya edilmiş şəkildə senzura ediblər.

 

Ü.F

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar