Kürd qaçaqmalçılar atdıqları növbəti qeyri- insani addımda əfqan mühacirlərə işgəncə tətbiq ediblər.
Gunaz.tv
Azərbaycanın qərbində yerləşən dağlıq bölgədə mühacirət həyatı yaşayan qaçaqmalçı kürdlər güc tətbiq edərək, həmin əfqanların pul və qiymətli əşyalarını əllərindən alırlar.
Reketlik (əxxazi) edən bu kürdlər əfqanları işgəncəyə məruz qoyurlar və bununla bağlı videonu onların ailələrinə göndərərək, həmin əfqan mühacirləri buraxmaları üçün onlardan böyük məbləğdə pul tələb edirlər.
Kürd qaçaqmalçılar, hətta əfqan mühacirləri cinsi təcavüzə də məruz qoyurlar.
Bildirilir ki, Pərvin Məhəmmədpur adında olan kürd qaçaqmalçılardan biri Çaldıran bölgəsinin sərhədində insan oğurluğu ilə məşğul olan mafiyanın əsas üzvlərindən biridir və bu əfqan mühacirlərə qarşı cinayət törədənlərin başında gələnlərdəndir.

Ən maraqlı cəhət budur ki, bütün bu cinayətlər İran rejiminin polis və təhlükəsizlik qüvvələrinin gözünün qarşısında baş verir, lakin onlar kürd qaçaqmalçıların cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir addım atmırlar.
Ə.A