SON XƏBƏRLƏR

Kürd terrorizminə qarşı ağır mücadilə aparan Urmiyənin keçmiş imam cüməsi vəfat edib

2021.10.20, 07:36
Kürd terrorizminə qarşı ağır mücadilə aparan Urmiyənin keçmiş imam cüməsi vəfat edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin keçmiş imam cüməsi Höccətul-İslam Qulamrza Həsəni vəfat edib.

 

Höccətul-İslam Q.Həsəni mayın 21-də 91 yaşında böyrək xəstəliyindən dünyasını dəyişib.

 

Urmiyədə Molla Həsəni adı ilə tanınan mərhum Q.Həsəni İslam Cümhuriyyətinin qurucularına yaxın bir şəxs kimi islam inqilabının ideyalarını hər zaman müdafiə edib, lakin o bölgədə fəal olan kürd terror qruplaşmalarına qarşı çox fədakarlıqla mübarizə apardığı üçün azərbaycanlılar tərəfindən çox sevilir. Məlum olduğu kimi, islam inqilabının birinci illərində Güney Azərbaycanın qərb bölgələrini kürd terrorizmi bürümüşdür, onlar Sulduz şəhərində qətliam törədərək şəhəri azərbaycanlı əhalidən təmizləməyə çalışdılar. Həmin zaman Molla Həsəni terrorçulara qarşı mübarizədə böyük cəsarət göstərib yerli əhalinin mübarizəsinə rəhbərlik edərək bölgəni terrorçulardan təmizləmişdir.

 

Molla Həsəni 1927-ci il iyulun 21-də Urmiyənin Bozorqabad məntəqəsində doğulub. O 2014-cü ilin yanvar ayında öz vəzifəsindən kənarlaşdırılıb, hökumət rəsmiləri bunu Molla Həsəninin yaşının çox olması və xəstəliyi ilə əlaqələndiriblər.

Bəzilərinin fikrinə görə, Molla Həsəni son vaxtlar azərbaycanlıların milli hüquqları ilə maraqlandığı üçün tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Molla Həsəni pəhləvi rejiminə qarşı da uzun illər mübarizə aparıb, o özünün dediyinə görə 18 yaşından silahla gəzib.

 

Molla Həsəni imam Cümə olmaqdan başqa Urmiyə və ümumiyyətlə Qərbi Azərbaycanda türklər üçün mənəvi dayaq hesab olunurdu. O bölgənin kürdləşdirilmə prosesinə qarşı fəaliyyətdə bir qəhrəman kimi tanınır və uzun illər Komelə, Demokrat, PKK və onun qolu olan “Pejak” terror qruplaşmaları ilə mübarizədə sarsılmaz iradə nümayiş etdirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar