SON XƏBƏRLƏR

Kürdlər Təbriz Universitetində icazəli yığıncaq keçirib, universitetdə kürd dilində banner və posterlər asılıb

2021.10.20, 07:36
Kürdlər Təbriz Universitetində icazəli yığıncaq keçirib, universitetdə kürd dilində banner və posterlər asılıb

Gunaz.tv

GünAz TV: Təbriz Universitetinin İctimai-Mədəni işlər üzrə müavini universitetdə təhrikedici bir mərasimin keçirilməsinə icazə verib.

 

Mərasim çərşənbə günü “Hələbçə və İranın kürd bölgələrinə kimyəvi hücum” adı ilə Təbriz Universitetinin Şəfayi salonunda keçirilib. Universitet məsulları istisna olmaqda mərasimdə iştirak edənlərin hamısı kürd öyrəncilər olub.

 

Öyrəncilər universitetin divarlarına üzərində kürd və fars dillərində şüarlar yazılmış poster və bannerlər asıblar.

 

Mərasimdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib. Misal üçün, Azərbaycanın tarixi ərazisi olan Sərdəşt (Sarı Daş) şəhəri Kürdistanın bir hissəsi kimi təqdim olunub.

 

Təbriz Universitetinin türk öyrəncilərindən biri GünAz TV mətbuat mərəzinə mərasimdən bir neçə görüntü göndərərək Təbriz Universitetinin məsullarını Azərbaycanın məsələlərinə laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, “universitetin məsulları doğma vətənlərini satır, onlar Tehranın mənafeyi uğrunda hərəkət edir. Məsullar kürdlərə mərasim və yığıncaq keçirmək üçün icazə verir, lakin Azərbaycanda baş verən faciələrlə bağlı hərhansı mərasimin keçirməsinə icazə verilmir!”

 

Qeyd edək ki, Azərbaycanın mərkəzi şəhəri olan Təbrizdə o halda kürd dilində bannerlər asılır ki, İranda rəsmi orqanlar, o cümlədən universitetlərdə türk dilində banner asıb vəya plakat nümayiş etdirmək qəti qadağandır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar