SON XƏBƏRLƏR

Kütləvi Etirazlara yeni ÇAĞIRIŞLAR...

2021.10.20, 07:36
Kütləvi Etirazlara yeni ÇAĞIRIŞLAR...

Gunaz.tv

GünAz TV: Urmu Gölü Güney Azərbaycanlıların gündəmindədir. Artıq xalqımız növbəti dəfə Gölün qurudulması səsini dünya ictimaiyyətinə çatdırmaq istəyir.

 

İran parlamentinin Urmu Gölünü qurumaqdan qurtarmaqla bağlı iki təcili plana (tərhə) qarşı çıxması, Güney Azərbaycanlıları qəzəbləndirib.

Atıq kütləvi etirazlara bir neçə gündür hazırlıqlar gedir. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları və Təhlükəsizlik Qüvvələrinin önləyici tədbirləri də, soydaşlarımızın qəzəbini söndürə bilmir.

 

Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi, Etiraz Yığıncaqlarına Çağırışla bağlı onlarca Bildirilər və Bəyanatlar yazılıb, CD-lər yayılıb və divarlar yazılıb. Bəyanatlar bunlarla bitmir. gündən-günə artan Bəyanatlar arasında Ərdəbil, Məlikkəndi (Məlikan), Qaradağın Milli Hərəkat fəalları, 700 nəfərdən çox Miyanalı soydaşımız və  Urmu şəhərinin əsnaf və iş adamlarınında Bəyanatları yer almaqdadır.

 

Bəyanatlarda azərbaycanlıların aşağıdakı qeyd etdiyimiz vaxtlarda, Etiraz Yığıncaqlarına qatılmaları istənilir və İran rejiminin Urmu Gölü ilə bağlı apardığı qərəzli siyasəti şiddətlə pislənilir.

 

Görüşün yeri və zamanı:Təbriz: 2011-ci il avqustun 25-i (1390-cı il şəhrivərin 3-ü), Səhənd stadionu (stadiom), “Traxtur-Şəhrdari” futbol müsabiqəsi.

 

Təbriz: 2011-ci il avqustun 27-i (1390-cı il şəhrivərin 5-i), yerli vaxtla saat 18:00, Rasta küçə

 

Urmu: 2011-ci il avqustun 27-i (1390-cı il şəhrivərin 5-i), yerli vaxtla saat 18:00, İmam və Ətai xiyabanlarının kəsişməsi, Əyalət meydanına tərəf hərəkət olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar