SON XƏBƏRLƏR

Kütləvi şəkildə gizli basdırılanların kimliyi üzə çıxmaqdadır

2021.10.20, 07:36
Kütləvi şəkildə gizli basdırılanların kimliyi üzə çıxmaqdadır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünya KİV-in gündəmində olan, İranda 44 dinc aksiyaçının kütləvi şəkildə gizli basdırıldıqları məsələsi öz təsdiqini tapmaqdadır. Belə ki sözü gedən 44 meyitdən birisinin kimliyi müəyyənləşib. son seçki hadisələrində etiraz aksiyalarında iştirak edib “ALLAHi Əkbər” şüarı verərkən , SƏİDə xanım Purağayi mülki geyimli şəxslərin tərəfindən tutulub naməlum istiqamətə aparıldığı və Tehranın Behişti Zəhra qəbiristanlığının 302 saylı bölməsində digər seçki qurbanları ilə birgə basdırıldığı üzə çıxıb. Adının açıqlanmasını istəməyən mənbə Səidənin ailəsinə deyib ki, qız zindanda dəfələrlə zorlandıqdan sonra cinayət izləri məhv olsun deyə bədəninin dizdən yuxarı hissəsi turşuda yandırılaraq qətlə yetirilib. əldə etdiyimiz məlumata görə, qəbirin ünvanını ailəsinə verən hökümət məmurları Səidənin valideynlərini təhdid edərək tapşırıblar ki, digər şəxslərə Səidənin böyrək xəstəliyindən öldüyünü desinlər. məhz bu şərtlə onun qəbir ünvanı ailəsinə deyilib. Qeyd edək ki ilk dəfə “nozruz” qəzeti tərəfindən avqustun 23-də yayılan “kütləvi gizli basdırm”a məsələsi İranın hal hazırda gündəmində olan bir mövzudur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar