Gələn il bu mallar bahalaşacaq-Vüqar Oruc

19.11.2021, 12:01

Dövlət Statistika Komitəsi bu ilin yanvar-oktyabr aylarında inflyasiyanın ötən ilin eyni dövrünə nisbətən 5.7 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının eyni dövrdə 6.7 faiz bahalaşdığını açıqlayıb. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, mövcud inflyasiyanın beşdə dördü qeyri-monetar amillər, yəni pul və kredit siyasəti ilə əlaqəsi olmayan faktorlardan qaynaqlanır.

Gunaz.tv Quote | Gunaz article

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc  açıqlamasında bildirib ki, inflyasiyanın təbii və qeyri-təbii təsir metodları var:

“İşləyənlərin sayı artdıqca pul kütləsinin dövriyyəsi də artır. Qeyri-təbii amillərə isə müxtəlif məhsulların qiymətinin bahalaşdırılması aiddir. Son dövrlər Azərbaycanda bir neçə dəfə məhsulların qiymətində və rüsumlarda artım baş verib. Gələn ildən isə minimum əməkhaqqının məbləğinin 300 manata yaxın artırılması gözlənilir.

Bu amillərin iqtisadi proseslərə birbaşa təsiri danılmazdır. Bu baxımdan, inflyasiyanın artmasına kompleks şəkildə yanaşmaq lazımdır.

Bütövlükdə ölkədə monetar və makroiqtisadi istiqamətdə baş verən proseslər bir-biriylə əlaqəlidir. Bura gömrükdən tutmuş istənilən sahə üzrə qiymət artımına qədər bütün məsələlər aiddir. Məlumata görə, bu ilin 7 ayı ərzində inflyasiyanın miqdarı 4.6 faiz təşkil edib. Proqnozlara əsasən, növbəti ildə bu göstərici aşağı düşəcək və 4.3 faiz olacaq. 

vuqar 1

Fikrimcə, hazırda inflyasiya artımına səbəb olacaq ciddi amillər yoxdur. Azərbaycan bazar iqtisadiyyatı dövründə yaşayır. Belə bir dövrdə inflyasiyanın tənzimlənməsi olduqca çətin olur. Əslində, bu proses azad buraxılmalıdır ki, iqtisadi proseslər özünü tənzimləsin. Dövlət sadəcə istiqamətverici funksiyanı yerinə yetirməlidir. 

Əgər Azərbaycanda yeni iş yerləri açılarsa və istehlakçı ölkədən istehsalçı ölkəyə çevrilərsə, inflyasiya normal səviyyədə tənzimlənə bilər. Bununla yanaşı, manatın dəyərdən düşməsinin də qarşısı alına bilər. İqtisadi sistem düzgün idarə olunarsa, məhsulların qiymət artımı baş verməyəcək”.

İl ərzində baş verən qiymət artımının təkcə Azərbaycanda deyil, dünya ölkələrində də baş verdiyini qeyd edən Vüqar Oruc vurğulayıb ki, bu proses təxmini bir və ya iki dəfə yaşanır:

“Bahalaşma dalğası, əsasən, bayram günlərində baş verir. Bu baxımdan, yeni ildə və gələn ilin mart ayında gündəlik istehlak mallarının qiymətində ciddi artım olacaq. Hesab edirəm ki, artıq bununla bağlı tədbirlər görülür. 

Əməkhaqqının yenidən qaldırılması və yeni iş yerlərinin açılması üçün atılan addımlar müəyyən dərəcədə bahalaşma zamanı vətəndaşlara dəstək ola bilər. Ümumilikdə, iqtisadi problem zolaqları bütün ölkələrdə müşahidə olunur. Pandemiya dövrü və bundan öncəki qlobal maliyyə problemi dünya iqtisadiyyatına zərbə vurub”. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

2021-12-04

gun az article

İranda koronavirusdan daha 58 nəfər ölüb, 2 157 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-12-04

gun az article

Əziz Səncər Şuşaya səfər edib

2021-12-04

gun az article

İranda söz azadlığının boğulması və senzuranın güclənməsi etiraz doğurdu: Yazıçılar Birliyi bəyanat yaydı

2021-12-04

gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04

gun az article

Emmanel Makron: “İranla danışıqlarda hər hansı bir irəliləyiş olmayıb”

2021-12-04

gun az article

Fuad Muradov Londondakı Azərbaycan icması ilə görüşüb

2021-12-04

gun az article

“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı “Dünyanın ən yaxşı nəşri” seçilib

2021-12-04

gun az article

Blinken: “Belə görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil”

2021-12-04

gun az article

Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır

2021-12-04

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 265 milyona çatır

2021-12-04