SON XƏBƏRLƏR

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

2021.10.21, 13:49
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

Gunaz.tv

Agentlikdən verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə Agentliyin 2021-ci il qrant müsabiqəsi mövzuları və layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin ümumi siyahısı təsdiq olunub.

İclasda Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə konsepsiya sənədi layihəsi, QHT sektorunun institusional inkişafı və QHT layihələrinin maliyyələşdirilməsində özəl sektorun iştirakının təşviq edilməsi haqqında məsələlərə baxılıb və hər üç məsələ ilə əlaqadar müvafiq qərarlar qəbul edilib.

Sonda Müşahidə Şurası QHT sektorunun fəaliyətinə aid qəbul edəcəyi sənəd layihələri ilə bağlı ictimai müzakirələrin keçirilməsi barədə qərar qəbul edib. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar