SON XƏBƏRLƏR

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir önəmli addım

2022.12.23, 14:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir önəmli addım

Gunaz.tv

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT sektorunun inkişafı istiqamətində davamlı addımlar atır. Növbəti belə önəmli addım isə dekabrın 23-də atılıb.

Həmin tarixdə Agentlik “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə ictimai müzakirə keçirib.

QHT Agentliyi Mətbuat Xidmətindən verilən məlumata görə, ictimai müzakirədə Ombudsman Aparatı, Azərbaycan Respublikası Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın məsul əməkdaşları, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Agentliyin 2021-2022-ci illərdə elan etdiyi müsabiqə mövzuları və qeyri-hökumət təşkilatlarının ən çox müraciət etdiyi istiqamətlər üzrə məlumat verib.

Aygün Əliyeva Agentliyin 2021-2022-ci illərdə elan etdiyi müsabiqə mövzuları və qeyri-hökumət təşkilatlarının ən çox müraciət etdiyi istiqamətlər üzrə məlumat verib

Bildirilib ki, Agentlik hər il QHT-lərin təklifi ilə aktual mövzuları və onların çoxsahəli fəaliyyətini əhatə etməyə çalışır: “Bu ictimai müzakirənin keçirilməsinin əsas məqsədi isə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətininin təşviq edilməsi, ictimai həyatın bütün sahələrində cəmiyyətdə qaldırılan məsələlərin həlli istiqamətində daha effektiv nəticələrə nail olunmasıdır. 

Azərbaycanda dövlət-vətəndaş cəmiyyəti institutları münasibətlərinin uğurlu modeli qeyri-hökumət təşkilatları və dövlət orqanlarına bərabərhüquqlü tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir”.

Daha sonra çıxış edən dövlət orqanlarının təmsilçiləri, Agentliyin Müşahidə Şurasının üzvləri və QHT-lər Azərbaycanda aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin vacibliyini vurğulayıb, qrant müsabiqəsinin mövzuları ilə bağlı təkliflərini səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar