“Ola bilsin ki, Qarabağda üçtərəfli patrul formalaşsın” – Keçmiş nazirdən maraqlı açıqlama

27.09.2021, 08:33

Rusiyanın RBK telekanalı Xocalı, Xocavənd və Ağdərənin tezliklə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə veriləcəyi bağlı məlumat yayıb. Həmin məlumatla yanaşı sözügedən bölgələrin xəritəsi nümayiş etdirilib.

Gunaz.tv Quote | Gunaz article

Bir sıra siyasi analitiklər hesab edirlər ki, ermənilərin Ağdərə istiqamətindəki postları tərk etməsi bu iddianın doğruluğunu isbatlayır.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan cəmiyyətində xəritələrə yetərindən çox önəm verilir.

“Bu məsələdə siyasət axtarmaq düzgün deyil. Həmin ərazidə erməni əhalisi yaşayır və təhlükəsizlik funksiyalarını gərək sülhməramlılar aparsın. Artıq bu bölgələrdə qondarma qurumlara ehtiyac qalmır.

Hansısa mərhələdə qarşılıqlı, bəlkə də üçtərəfli patrullar formalaşacaq. Belə bir təcrübə dünyada var ki. Üçtərəfli patrul xidmətləri oxşar ərazilərdə olur. 

Bizim variantda qondarma qurumun təmsilçiləri yox, hansısa kommersiya şirkətlər üçüncü tərəf kimi təhlükəsizliyin təmin olunmasına cəlb edilə bilər.

Məsələn, İraqda bu variant mövcuddur. Ermənilər də bu təhlükəsizlik şirkətinin əməkdaşı olaraq, rus sülhməramlıları və Azərbaycanın hərbi polisi ilə bir yerdə bölgədə müvəqqəti post patrul xidmətini apara bilərlər. Təbii ki, Azərbaycan tərəfinin ayırdığı maliyyə ilə”, – deyə Tofiq Zülfüqarov təxminlərini səsləndirib.  

Sabiq XİN rəhbəri hesab edir ki, bölgədəki vəziyyət addım-addım bu şəkildə formalaşacaq:

“İnteqrasiya mərhələli şəkildə olmalıdır və təhlükəsizlik funksiyasında boşluq ola bilməz. İstər-istəməz başa düşməliyik ki, 30 il ərzində orada hansısa qurumlar mövcud olub və onları yavaş-yavaş Azərbaycanın qanunlarına riayət edən qurumlar əvəz etməlidir.

İncəlik bundan ibarətdir ki, post-konflikt vəziyyətində təhlükəsizliyi qorumaq üçün hansısa qurumlar (məsələn, üçtərəfli patrul) müvəqqəti fəaliyyət göstərsin. Məncə, məntiqi olaraq belə olmalıdır. Sonu necə olacaq, onu zaman göstərəcək”, – deyə siyasətçi fikirlərini tamamlayıb. (yenisabah.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

2021-12-08

gun az article

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021-12-08

gun az article

Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

2021-12-08

gun az article

İsrailli hüquqşünas: "Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində qalib gəldi"

2021-12-08

gun az article

İran Mahşəhr şəhərində “terrorçu qruplaşma”nı zərərsizləşdiyini iddia edir

2021-12-08

gun az article

Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

2021-12-08

gun az article

İbrahim Rəisi: “Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməlidir”

2021-12-08

gun az article

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və "3+3" formatını müzakirə ediblər

2021-12-08

gun az article

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021-12-08

gun az article

Almaniyada yeni kansler seçilib

2021-12-08

gun az article

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021-12-08

gun az article

“Hərbi Qənimətlər Parkı” erməni xalqına nifrət yaratmaq üçün deyil – XİN

2021-12-08

gun az article

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021-12-08

gun az article

"Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu artırır"-Millət vəkili

2021-12-08

gun az article

Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

2021-12-08

gun az article

Nazir müavini: "Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq"

2021-12-08

gun az article

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021-12-08

gun az article

ABŞ, Rusiya və Fransa Azərbaycanla Ermənistana çağırış etdi

2021-12-08

gun az article

ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

2021-12-08

gun az article

Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qərar verib

2021-12-08