“La Monde”: Azərbaycan Qarabağ müharibəsində PUA-lardan mükəmməl istifadə edib

2021-07-10 16:48

Fransanın məşhur “La Monde” nəşrində hərbi ekspert Lui Qotiyenin (fr.Louis Gautier) “PUA-lar müharibəsi” başlıqlı məqaləsi dərc edilib.

Gunaz.tv Quote | Gunaz article

Müəllif Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) gücünə, effektivliyinə toxunub.

Yazıda Türkiyədə 15 iyul 2016-cı il uğursuz dövlət çevrilişinə cəhddən sonra Rəcəb Tayyib Ərdoğan hökumətinin ordu quruculuğu və hərbi sənayenin inkişafına xüsusi əhəmiyyət verməyə başladığı qeyd edilib.

Vurğulanıb ki, Türkiyə hərbi qüdrətini, eləcə də hərbi sənaye-ixrac imkanlarını artırıb, ənənəvi silahlara aletrnativ olan yeni nəsil silah və sistemlərdən istifadə edərək mühüm üstünlük əldə edib.

Bu da ölkənin silah ixracını gündən-günə artırması, onun təsir imkanları coğrafiyasının genişlənməsinə gətirib çıxarıb. Bu kimi yeni nəsil silahların istifadəsi ümumi qəbul olunmuş müharibə ssenarisi və nəzəriyyələrini alt-üst edib, habelə daha ucuz başa gələn bu sistemlərlə böyük məbləğə başa gələn silah sistemlərinin məhv edilməsi ilə daha da əhəmiyyət kəsb etməyə və əvəzedilməz vasitəyə çevrilməsilə şərtləndirib.

Yazıda o da bildirilib ki, 2016-cı ildən etibarən imkanı məhdud olan bəzi dövlətlər və silahlı qüvvələr tərəfindən PUA-ların sadə növləri istifadə edilir. Bu silah növündən istifadə əsnasında bəlli olub ki, PUA-ların qrup şəklində istifadəsi vasitəsilə hərbi əməliyyatlarda bir sıra digər hərbi texnikanın yoxluğu təmin edilə bilər. Bunu ilk aşkar edən və dərk edən məhz Türkiyə hərbi qərargahı olub.

Məqalədə həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsi, PUA-ların Qarabağda mükəmməl tətbiqindən də söhbət açılıb. Bildirilib ki, Vətən müharibəsində Türkiyə istehsalı olan zərbə dronları (“Bayraktar TB2”), İsrail istehsalı olan kamikadze dronlar (“HAROP”) çoxunun təəccübünə səbəb olub. Yazıda digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağda PUA-lar “zemlya-zemlya" sinfinə aid olan artilleriya və raket sistemləri ilə koordinasiya şəklində tətbiq edilməsi də vurğulanıb.

Hərbi ekspert xüsusi olaraq Azərbaycan hərbçilərinin göstərdiyi peşəkarlıq nəticəsində Ermənistan tərəfinin ağır itkilər verdiyi də qeyd edib.

Nəşr bildirib ki, hələlik Türkiyənin dron sistemlərinə yalnız Azərbaycan və Qətər malikdir. Növbəti ölkələrin isə Polşa və Ukrayna olması gözlənilir. Latviya da bu sistemləri almaqda maraqlıdır. PUA-ların Qarabağda mükəmməl tətbiqi dünyanın bir çox hərbi qərargahlarını, o cümlədən Fransanı narahat edir. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17