SON XƏBƏRLƏR

Alban-Udi dini icmasının üzvləri Xocavənddə "Müqəddəs Məryəm ana" kilsəsini ziyarət ediblər

2021.11.04, 15:09
Alban-Udi dini icmasının üzvləri Xocavənddə "Müqəddəs Məryəm ana" kilsəsini ziyarət ediblər

Gunaz.tv

Alban-Udi xristian dini icmasının sədr müavini Rarif Danakari 30 illik işğaldan sonra ilk dəfə bu kəndə gəldiklərini bildirib.

"Sevinirik ki, Hünərli kəndindəki "Müqəddəs Məryəm ana" kilsəsinə gəldik və dualar oxuduq. Bundan sonra rahat gələcəyik. Ermənilər çalışıblar ki, kilsənin həm çöl tərəfində divarlarda, həm də içində öz xaç və elementlərini quraşdırsınlar. Kilsədə müqəddəs yer olan altarı qaldırıb 5 pilləkən ediblər. Bizdə alban məbədlərində 3 pilləkən olur. 

30 illik işğal dövründə ermənilər bu kilsələrdə heç bir ibadət və dua etməyiblər. Onlar sadəcə dünyaya yalandan göstərmək istəyiblər ki, bu kilsələr guya onlarındır. Amma bu kilsələr ermənilərin deyil və bu, sübut olunub".

Qeyd edək ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar