SON XƏBƏRLƏR

Albaniya İranla diplomatik əlaqələri kəsdi: Səfirliyin heyətinə 24 saat vaxt verildi

2022.09.07, 11:00
Albaniya İranla diplomatik əlaqələri kəsdi: Səfirliyin heyətinə 24 saat vaxt verildi

Gunaz.tv

"İran tərəfindən ölkəmizə edilən kütləvi kiberhücumlara cavab olaraq, diplomatik əlaqələrin kəsilməsi qərarını aldıq"-deyə, Albaniya Nazirlər Kabinetinin bəyanatında bildirilib.

"Bizdə İranın Albaniyaya qarşı kiberhücumda rolunu sübut edən dəlillər var. Albaniyanın xüsusi xidmət orqanları ölkəmizin rəqəmsal infrastrukturunu məhv etmək məqsədi ilə kiberhücum edən iranlı qrupları müəyyən edib"-deyə, Albaniya parlamentarisi “Əl-Ərəbiyyə" xəbər agentliyinə açıqlamasında deyib.

Alban parlamentin üzvü İrandan davranışını dəyişməsini və dünyada terrorizmi dəstəkləməyi dayandırmasını istəyib.

Albaniyanın bu hərəkəti Amerika və Böyük Britaniya kimi bəzi Qərb ölkələrinin dəstəyi ilə müşayiət olunur və bu Amerika NATO müttəfiqinə qarşı kiberhücuma cavab verəcəyi barədə xəbərdarlıq edib.

Bununla yanaşı Britaniya Xarici İşlər Nazirliyi İranın Albaniyaya kiberhücum etməsini qəbuledilməz hesab edib və Tehranı belə bir hərəkətə görə cavab verməyə məcbur edəcəklərini bildirib.

Qeyd edək ki, İyul ayında Albaniya İran rejimi adından casusluq etdikləri üçün bir neçə İran vətəndaşını saxlayıb və dindirib.

İranın əsas müxaliflərindən sayılan Xalq Mücahidləri Təşkilatının mənzil qərargahının Albaniyaya köçürülməsindən sonra İran bu ölkədə dəfələrlə terror aktları törətməyə çalışıb.

Qeyd edək ki, 2018-ci ildən etibarən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahı Albaniyanın Adriatik dənizi sahilində yerləşən Durres bölgəsinin Manez şəhərində yerləşməkdədir. 

İran Xalq Mücahidləri Təşkilatı İran hakimiyyətinə qarşı əsas müxalif qüvvə və ən mütəşəkkil siyasi təşkilat olaraq xarakterizə edilməkdədir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar