SON XƏBƏRLƏR

Albaniyada Osmanlı dönəmində tikilmiş məşhur məscid bərpa edilib

2022.01.18, 11:36
Albaniyada Osmanlı dönəmində tikilmiş məşhur məscid bərpa edilib

Gunaz.tv

TİKA tərəfindən yenidən bərpa olunan məscidin açılış mərasimində Albaniya baş naziri Edi Rama da iştirak edib. Ərdoğan mərasimdəki çıxışında Türkiyənin Albaniyada ciddi projelər həyata keçirdiyini deyib:

"Bu səhər Türkiyənin Albaniyada tikdiyi zəlzələdən ziyan çəkənlər üçün tikilmiş evləri təhvil verdik. 21-26 noyabr 2019-cu il tarixləri arasında baş vermiş zəlzələlərin yaralarının sağaldığını görmək bizi çox sevindirdi. Həmin zəlzələdə dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.


Bu gün Albaniyada 522 binanın təhvil verilməsi ilə həqiqətən fəxr edirəm. Mən qardaşım, baş nazir Edi Rama ilə daim əlaqə saxlayırdım. Nəticədə biz bu binaların ərsəyə gəlməsinə nail olduq.

Mənim Albaniya parlamentindəki nümayəndələriniz qarşısında çıxış etmək şansım oldu. İndi Ethem bəy məscidinin yenidən ibadət üçün açılmasının xoşbəxtliyini yaşayırıq.

Türkiyə və Albaniyanın ortaq mədəni irsi olan Ethem bəy məscidi həm də Tirananın incisidir. Evlad-ı Fatihanın hər bir hissəsini əl işi ilə tikərək inşa etdiyi məscidimiz indi əvvəlki şöhrətini qaytarmaqdadır.

Rəngarəng əllə çəkilmiş ornamentləri ilə Balkanlarda çox rast gəlinən bir gözəl sənət anlayışını bizə təqdim edən bu əsər, Osmanlı sənətinin memarlığı baxımından bizə təqdim edən bir nümunədir. Gündüzlər Tiranaya fərqli gözəllik qatan məscidimiz, gecələr çöl işıqlandırması ilə görənləri heyrətə salacaq.


Türkiyə olaraq Albaniyanın inkişafına dəstək verməyi, eləcə də mədəni irsimizə aid əsərlərin canlandırılmasını vacib hesab edirik. Bu çərçivədə TİKA-nın köməyi ilə 1996-cı ildən indiyədək 546 layihə həyata keçirmişik.

İnşallah, bundan sonra da Alban xalqının yanında olmağa davam edəcəyik”. (Avropa.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar