SON XƏBƏRLƏR

Öldürülən SEPAH zabitləri ilə bağlı yeni iddia: Livanda terror təşkilatına silah tədarük ediblər

2022.06.14, 08:36
Öldürülən SEPAH zabitləri ilə bağlı yeni iddia: Livanda terror təşkilatına silah tədarük ediblər

Gunaz.tv

Məlumata görə, onlar Livanda "Hizbullah" üçün silah hazırlanması, tədarükündə iştirak ediblər.

İran rəsmilərinin iddialarının əksinə olaraq onların ölüm səbəbinin qəza olmadığı bildirilir.

Qeyd edək ki, İranın Mərkəzi Əyalətinin Korpusu bazar günü bəyanat yayaraq, SEPAH-ın aerokosmik bölməsinin üzvü Əli Kamaninin Xomeyn şəhərində “yol qəzası nəticəsində” və “vəzifəsini yerinə yetirən zaman” öldüyünü elan edib.

Eyni gündə başqa bir xəbərdə İran İslam Respublikasının Müdafiə Nazirliyi  açıqlama yayaraq bu nazirliyin Məhəmməd Abdus adlı hərbi əməkdaşının “missiya zamanı” öldürüldüyünü açıqlayıb.

Məlumata görə, iki fərqli bölgədə ayrı-ayrılıqda baş verən iki nəfərin ölümü iş  və ya avtomobil qəzası deyil və onlar öldürülüb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar