SON XƏBƏRLƏR

Lenin gözgörəsi əriyir

2021.10.20, 07:36
Lenin gözgörəsi əriyir

Gunaz.tv
Lenin gözgörəsi əriyir "Qızıl Meydandakı Mavvzoleydə Leninin vücudunun olduğunu düşünüb illüziyalara aldanmağa dəyməz. İndi orada Vladimir İliçin vücudunun 10%-dən artığı qalmayıb". Rusiya Dövlət Dumasının deputatı, hakimiyyətdəki Vahid Rusiya Partiyasının üzvü Vladimir Medinskinin dediyinə görə, indiki hakimiyyətin Vladimir Leninin nəşini mümkün qədər tez torpağa vermək üçün ən azı 4 səbəbi var. "Bundan sonra da Lenini Mavzoleydə saxlamağın heç bir mənası yoxdur. İdeoloji artefaktın paytaxtın mərkəzində saxlanması mənəviyyatsız akt, büdcə xərcləri baxımından mənasız iş, ideoloji baxımdan zərərli aksiya və ən nəhayət, həm Vladimir Leninin qohumları, həm də kommunist ideologiyanı bölüşməyən adamlara qarşı sərt davranışdır. Hakimiyyəti Leninin nəşini Mavzoleydən çıxarmaqdan saxlayan yeganə məqam ağrılı mövzuya tozxunmamaq istəyidir. Onlar ümid edirlər ki, Leninin Mavzoleydə saxlanması mövzusu vaxt keçdikcə öz-özünə yox olacaq. Lenin isə orada gözgörəsi əriyir", - V.Medinski bildirib. Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun direktor müavini Vladimir Lavrov hesab edir ki, Qızıl Meydandakı nekropolu ləğv etmək, Leninlə Stalinin qalıqlarını isə basdırılmaq üçün qohumlarına vermək gərəkdir. Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov isə belə çıxışları hakimiyyətin təxribatı sayır. "Məşhur deputat Medinskinin çıxışını təxribat, qərəz, kin və küdurət üstündə köklənmiş açıqlama hesab edirəm. Cənab Medinski və onun kimilərinin nəzərinə çatdırmaq istərdim ki, Qızıl Meydanda Lenin və Stalinlə yanaşı, sabiq Sovetlər Birliyinin 32 marşal və generalı da var ki, onlar faşizm üzərində qələbədə müstəsna rol oynamışdılar", - G.Züqanov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar