SON XƏBƏRLƏR

Lətif Həsəni tənbeh məqsədi ilə məzuniyyətə buraxılmır – Rəcayişəhr zindanında

2021.10.20, 07:36
Lətif Həsəni tənbeh məqsədi ilə məzuniyyətə buraxılmır – Rəcayişəhr zindanında

Gunaz.tv

GünAz TV: Kərəcin Rəcayişəhr zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Lətif Həsəni bir neçə aydır ki, məzuniyyət hüququndan istifadə edə bilmir.

 

Lətif Həsəni 4 il əvvəldən hər 4 ayda 3-5 gün məzuniyyətə buraxılsa da, o son 15 ayda yalnız bir dəfə məzuniyyətə çıxa bilib.

 

Deyilənlərə görə, bundan əvvəl prokurorluğun nümayəndəsi Lətif Həsəninin yanlış davranışlarına görə bu barədə qərar qəbul olunduğunu bildirib.

 

Qanuna əsasən məzuniyyət imtiyaz deyil, məhbusların hüququ sayılır. Hüququn tənbeh məqsədi ilə təmin edilməməsi onun vasitə kimi istifadə olunduğuna dəlalət edir.

 

Dr. Lətif Həsəni Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən qondarma ittihamlarla 8 il həbs cəzasına məhkum edilib. Təxminən 7 ildir həbsdə olan fəal cəzasını Kərəcin Rəcayişəhr zindanının 4-cü korpusunda çəkməkdədir.

Fəal bir siyasi məhbus kimi bu müddətdə məhbuslara aid bir çox hüquqdan məhrum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar