Tanınmış siyasi fəal Lətif Həsəni azadlığa çıxandan sonra ilk video mesajında Qarabağın azad olunmasını Arazın hər iki tayında yaşayan azərbaycanlılara təbrik deyib.
Gunaz.tv
“Azərbaycan Yeni Oyanış Hərəkatı”nın sədri Lətif Həsəni 8 il həbsdən sonra yanvar ayının 13-ü azadlığıa çıxıb.
O, Qarabağın azad olunmasını təbrik deyib və həbs həyatı yaşadığı müddətdə özü və ailəsi ilə ilgilənən insanlara təşəkkürünü bildirib.
Dr.Lətif Həsəni çıxışının sonunda Azərbaycanın başqa siyasi məhbusları, o cümlədən Abbas Lisani, Siyamək Mirzayi, Behnam Şeyxi, Əlirza Fərşi, Həmid Mənafinin və dilindən, irqindən, əqidəsindən asılı olmayaraq bütün siyasi zindanilərin sərbəst buraxılmalarını arzu edib.
C.E