SON XƏBƏRLƏR

LEVON TER-PETROSYAN BAŞ NAZİRƏ... TÖVLƏLƏRİ TƏMİZLƏMƏYİ MƏSLƏHƏT GÖRÜB

2021.10.20, 07:36
LEVON TER-PETROSYAN BAŞ NAZİRƏ... TÖVLƏLƏRİ TƏMİZLƏMƏYİ MƏSLƏHƏT GÖRÜB

Gunaz.tv
LEVON TER-PETROSYAN BAŞ NAZİRƏ... TÖVLƏLƏRİ TƏMİZLƏMƏYİ MƏSLƏHƏT GÖRÜB levonter-petrosyan_3_1.jpg Levon Ter-Petrosyan Ermənistanın ilk prezidenti, müxalif Ümumxalq Hərəkatının rəhbəri Levon Ter-Petrosyanın bu gün deyib ki, ölkədə köklü dəyişikliklər etmək üçün hökumətdəki «Aqvi tövlələri»ni (son dərəcə zibilli, natəmiz yer) təmizləmək lazımdır: «Bu işdə baş nazir Tiqran Sərkisyan xüsusi rol oynamalıdır. Hökumətdəki «Aqvi tövlələrəi»ni təmizləmək onun borcudur». «Media forum» saytı xəbər verir ki, keçmiş prezident bu sözləri müxalifətdə olan «İrs» Partiyasının bu gün keçirilən beşinci qurultayında səsləndirib. Eks-prezident qeyd edib ki, ölkədə çətin siyasi vəziyyət yaranıb və heç bir siyasi qüvvə ayrı-ayrılıqda vəziyyəti dəyişmək iqtidarında deyil. Ter-Petrosyanın fikrincə, tərəfdarlarının 2008-ci il fevralın 19-da keçirilən prezident seçkisi ərəfəsi yaratdığı seçki bloku müvəqqəti qurum olmamalı, situasiyanı dəyişdirmək üçün fəaliyyətini davam etdirməlidir. Ümumxalq Hərəkatının fəaliyyətini şərh edən keçmiş prezident deyib ki, bu, 1988-ci ildəki hərəkatdan tamamilə fərqlənir. Onun fikrincə, 1988-ci ildə hərəkat ümumxalq xarakterli, güclü idi, amma onun məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək idi. Bu gün Ermənistanda keyfiyyətcə yeni hərəkat fəaliyyət göstərir». Ter-Petrosyanın ətrafında birləşən bir neçə müxalifət partiyası martın 1-dən sonra ölkədə yaranan çətin daxili situasiyadan çıxmaq üçün növbədənkənar seçki keçirilməsini vacib sayır. Martın 1-də prezident seçkisinin nəticəsinin saxtalaşdırılmasına etiraz edənlərlə hakimiyyət qüvvələri arasında baş verən qarşıdurma nəticəsində 10 nəfər həlak olub, 265 nəfər yaralanıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar