SON XƏBƏRLƏR

Kəleybərdə sel və daşqınlar ciddi fəsadlar yaradıb

2022.04.30, 08:50
Kəleybərdə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Gunaz.tv

Təbii fəlakət Kənd təsərrüfatına, evlərə və yollara ciddi ziyan vurub. Bu barədə Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməbaqir Hünərbər mediaya verdiyi açıqlamada bildirib.

Məhəmməbaqir Hünərbər deyib ki, daşqınlar bir sıra yaşayış yerlərini, yolları, körpüləri dağıdıb, bağ sahələrinə ciddi zərər dəyib.

Hadisə zamanı yalnız bir çobanın öldüyünü deyən Hünərbər adı çəkilən bölgələrdə yaşayan əhaliyə xəbərdarlıq edib. Başçı onları çay yataqlarından uzaq durmağa çağırıb. 

O, dəyən xəsarətin hesablanması üçün başçılıq etdiyi mərkəz tərəfindən hadisə yerinə mütəxəssislərin göndərildiyini bildirib.
 

Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar