SON XƏBƏRLƏR

Kəleybərdə yaşıllıq zolaqlarının məhvi davam edir

2021.12.19, 15:39
Kəleybərdə yaşıllıq zolaqlarının məhvi davam edir

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərindən olan sosial media fəalları bələdiyyə məmurları və iş adamlarının yaşıllıq zolaqlarını məhv etməsi ilə bağlı məlumat yayıb və ətraf mühit fəallarının etirazlarının nəticəsiz qaldığını qeyd ediblər. 

Onlar bələdiyyə idarəsinin əməkdaşlarının şəhərdə olan 100 illik dağdağan ağaclarını kəsdiklərini, məhv edilən yaşıllıq zolağının yerində həftəlik “Meydan bazarı”nın tikiləcəyini qeyd ediblər. 

Bir neçə gün bundan öncədə Kəleybərdə oxşar hadisə yerli əhali və ətraf mühit fəallarının etirazı ilə qarşılaşmışdı. 

Ətraf mühit fəallarının yaydıqları video və fotolarda şəhər küçələri boyunca ağacların bələdiyyə məmçurları tərəfindən kəsilərək daşınması əks olunmuşdu. 

Fəalların yaşıllıqların məhbi ilə bağlı bələdiyyəyə müraciətlərinə “aöaclar kəsilmir budanır” kimi qeyri-ciddi və ironik cavab verilmişdir. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar